• Bakı C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

THY-nin təyyarəsi Hindistanda təcili eniş edib

DÜNYA

04 Fevral 2026 | 17:34

THY-nin təyyarəsi Hindistanda təcili eniş edib

Türk Hava Yollarına məxsus təyyarə Hindistanda təcili eniş edib.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə Nepalın paytaxtı Katmandudan havaya qalxıb və qısa müddətdən sonra motorların birində texniki problem yaşanıb və yanğın raportu verilib.

Yanğın nəzarət altına alınıb. Təyyarədə təhlükəsizlik inspeksiyası aparılması üçün təyyarə yalnız bir motorla havada gözləyib.

İnspeksiya nəticəsində təyyarənin Türkiyəyə qədər uçuş həyata keçirməsinin riskli olacağı barədə nəticə əldə olunub və Hindistanın Kalkuta bölgəsində yerləşən “Subhas Chandra Bose” beynəlxalq hava limanına yönləndirilib.

Göyərtədə olan 236 sərnişin və 11 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib./APA


SON XƏBƏRLƏR