Keçmiş baş nazir və Le Havre (Seine-Maritime) meri, «Horizons» partiyasının sədri Eduard Filip öz qərargahında “LeFigaro” qəzetinə müsahibə verib.
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, o, müsahibəsində ölkə prezidenti Emanüel Makronun büdcə qəbul edildikdən sonra ona uyğun gələn vaxtda istefa verəcəyini elan edib və bundan sonra qurumları yenidən yoluna qoymağı təklif edib:
“Bu siyasi böhran acınacaqlıdır: hər kəs öz maraqlarını müdafiə edir - istər şəxsi ambisiyaları, istərsə də partiyasının maraqları - hər kəs "qırmızı xətlər" çəkir və hər kəs problemin başqalarında olduğunu düşünür. Vətəndaşlarımız bu tamaşanı narahatlıq və təşvişlə izləyirlər. Və bu qorxu ya qəzəbə, ya da iyrənc biganəliyə çevrilir".
E.Filip E.Makronun bu böhrandan çıxmaq üçün istefasını ləyaqətlə təşkil etməyi təklif edir: "Ya gələcəyi Şarl de Qoll kimi referendumla, ya da büdcə səsverməsindən sonra getməyini planlaşdırmaqla təmin et".
Filip Makronun istefasını planlaşdırdığını söylədi:«Makronun istefası şahidi olduğumuz böhran vəziyyətinin daha 18 ay davam etməsinin qarşısını alacaq. Növbədənkənar prezident seçkiləri dövlətin yaxşılığına zəmanət verər".
Aydın Baxış