”Fransanın məşhur “Le Figaro” qəzetində bu ölkə başçısı Emanüel Makronu sərt tənqid edən məqalə tirajlanıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, tanınmış jurnalist Louis Hausalter tərəfindən qələmə alınan “Öz xalqı tərəfindən tərk edilmiş Emanüel Makron bataqlıqdan çıxmağa çalışır” başlıqlı məqalədə ölkə başçısnın yarıtmaz fəaliyyətindən, ölkəni uçuruma yuvarlamasından bəhs olunur.
Məqalədə qeyd olunur ki, 6 oktyabr, 2025-ci il tarixində baş nazir Sebastyen Lekornunun istefa verməsi hökumətdə müəyyən boşluqlar və narazılıqlar yaradıb. Bu məsələ Fransada siyasi səhnəni lərzəyə salıb. Məhz buna görə də E.Makron Senatın prezidenti Jerar Larşeri və Milli Assambleyadakı həmkarı Yael Braun-Piveti ayrıca qəbul edib.
Bununla belə, Konstitusiyanın dövlət başçısına Milli Assambleyanı buraxmaq səlahiyyəti verən 12-ci maddəsində düyməyə basmazdan əvvəl baş nazirdən başqa, hər iki palatanın prezidentlərinin də məsləhətləşməsi nəzərdə tutulur. Bu görüş tarazlıq nöqtələrini tapmağa çalışmaq üçün müzakirələr adlandırılır. Çünki E.Makron S.Lekornu hökumətinin sürətlə dağılmasından sonra sabitliyin görünüşünü təmin etmək üçün siyasi qüvvələr arasında minimal razılaşmaya ümid edir.
Aydın Baxış