Ələt-Astara yolu açılıb.
Bakıvaxtı.az xəbər verir ki, Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində yanan “Mercedes” markalı nəqliyyat vasitəsi söndürülüb.
Bundan sonra nəqliyyatın hərəkəti bərpa olunub.
***
14:11
Ələt-Astara magistral yolunda maşın yanır.
Bakıvaxtı.az xəbər verir ki, yanğın nəticəsində maşın tamamilə yararsız hala düşüb.
APA-nın məlumatına görə, magistralın Biləsuvar rayonundan keçən hissəsində avtomobilin yanması səbəbindən hazırda yolun bir istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb.