• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Goranboyda yük maşını obyektə çırpıldı - VİDEO - YENİLƏNİB

HADİSƏ

08 Sentyabr 2025 | 13:11 | Müəllif: Subhan Mahmudov

Goranboyda yük maşını obyektə çırpıldı - VİDEO - YENİLƏNİB

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sentyabrın 7-də saat 16:30 radələrində Bakı–Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, ilkin araşdırmalara əsasən, “Mercedes” markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətini itirməsi olub. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi uzun məsafələrə səfərə çıxan sürücülərə yenidən müraciət edərək diqqətə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq istirahət etmək, səhhətə diqqət yetirmək, hərəkət zamanı isə fasilələrlə dincəlmək həyati zərurətdir. Yorğun, diqqətsiz və hazırlıqsız halda sükan arxasına əyləşmək qəza riskini dəfələrlə artırır.

Qurum sürücülərə xatırladır ki, sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və diqqətin yalnız yola yönəldilməsi yol-nəqliyyat hadisələrinin qarşısını almağın əsas şərtlərindəndir: "Unutmayın: qaydalara əməl etməklə siz yalnız özünüzü deyil, digər hərəkət iştirakçılarının da həyatını qoruyursunuz".

***

2025/09/07

18:35

Goranboyda yük avtomobili obyektə çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

Yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılıb.

Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026