• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bir ay əvvəl itin dişlədiyi məktəbli Bakıda xəstəxanada ölüb

HADİSƏ

07 Oktyabr 2025 | 22:44 | Müəllif: Gülşən Şərif

Bir ay əvvəl itin dişlədiyi məktəbli Bakıda xəstəxanada ölüb

Tovuz sakini Bakıda xəstəxana ölüb.

Bakıvaxtı.az xəbər verir ki, rayon sakini olan 10 yaşlı oğlanı təxminən 1 ay əvvəl it dişləyib.

Bir müddət keçəndən sonra məktəblinin halı pisləşib. Məktəbli əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanaların birinə aparılıb.

Ona xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq məktəbli bu gün müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, dünyasını dəyişən oğlanın 5-ci sinif şagirdi olduğu bildirilir.

Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026