• Bakı 13° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

HADİSƏ

06 Noyabr 2025 | 10:14

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb.

Bakıvaxtı.az  xəbər verir ki, mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə işin başlanmasına qərar verilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

05 Noyabr 2025