• Bakı C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Salyanda məktəbdə 20 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB

HADİSƏ

05 Dekabr 2025 | 17:36

Salyanda məktəbdə 20 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 20 nəfər (15 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 11 nəfər ambulator müalicə üçün evə buraxılıb.

    Hazırda 9 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

    ***

    16:35

    Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 18 nəfərə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, zəhərlənmə diaqnozu ilə daha bir nəfər xəstəxanaya gətirilib.

    ***

    16:02

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

    Bakıvaxtı.az-ın sorğusuna Salyan Rayon Mərkəzi Xəstəxanasından verilən cavaba görə, pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

    Bildirilir ki, onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

    Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

    ***

    15:47

    Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

    Bu barədə Bakıvaxtı.az-a MÜTDA-dan məlumat verilib.

      Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

      ***

      15:27

      Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

      Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

      Məktəbi isitmək üçün istifadə olunan yanacaq növündən 10 nəfər şagirdin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

      Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR

      19 Yanvar 2026