• Bakı C

    8.74 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Polisə quldurluqla bağlı bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanıldı

HADİSƏ

04 Yanvar 2026 | 16:35

Polisə quldurluqla bağlı bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanıldı

Polisə quldurluqla bağlı bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib.

O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb. Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H.Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib.

H.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.


SON XƏBƏRLƏR

04 Yanvar 2026