• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəbələdə yaşayış evi yandı

HADİSƏ

04 Yanvar 2026 | 09:04 | Müəllif: Subhan Mahmudov

Qəbələdə yaşayış evi yandı

Qəbələdə fərdi yaşayış evində yanğın baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Kürd kəndində 1986-cı il təvəllüdlü Atakişiyev Pərviz Məsim oğluna məxsus evdə qeydə alınıb.

Yanğın yerinə Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadaları cəlb olunub. Hadisə nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan fərdi yaşayış evinin yanar konstruksiyaları və evin içərisindəki əşyalar tamamilə yanıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026