• Bakı 21° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

"Mercedes" "moyka"ya çırpıldı: Sürücü maşında yanaraq öldü

HADİSƏ

08 Oktyabr 2025 | 09:06

Mercedes moykaya çırpıldı: Sürücü maşında yanaraq öldü

Salyanda ölümlə nəticələnən qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, rayonun Yolüstü kəndində "Mercedes" markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


SON XƏBƏRLƏR

07 Oktyabr 2025