Kürdəmir rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, qəza zamanı xəsarət alanlar bir ailənin üzvləri olan Bakı və Sumqayıt sakinləri - 1946-cı il təvəllüdlü Qaraşova Məxmər Xalıqverdi qızı, 1979-cu il təvəllüdlü Qaraşov Maxsud Savalan oğlu, 1990-cı il təvəllüdlü Qaraşova Aytac Elxan qızı və 2010-cu il təvəllüdlü Qaraşov Yusif Maxsud oğludur.
***
09:14
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, hadisə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik maşınının sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındaki beton dirəyə çırpılıb.
Qəza zamanı sürücü və onun sərnişinləri müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.\
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda fakt araşdırılır.