• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Hacıqabulda avtomobil aşdı: 3 nəfər...

HADİSƏ

08 Oktyabr 2025 | 08:24 | Müəllif: Qalib İbrahimoğlu

Hacıqabulda avtomobil aşdı: 3 nəfər...

Hacıqabulda yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var.

Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026