• Bakı 24° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

İşgəncəyə məruz qalan körpənin SON DURUMU

HADİSƏ

08 Sentyabr 2025 | 12:41

İşgəncəyə məruz qalan körpənin SON DURUMU

2023-cü il təvəllüdlü azyaşlının (kişi cinsli) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

27.08.2025-ci il tarixində saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra, daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.

Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.

Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR