• Bakı 30° C

    10.58 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb

DÜNYA

09 Avqust 2025 | 10:43

Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb

Rusiyanın Kamçatka şəhərindəki Klyuçevskaya Sopka (Klyuçevskoy) vulkanı 11 min 500 metr hündürlüyə kül atıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Məlumata görə, şleyf Kamçatka boğazına doğru yayılır. Hərəkət marşrutu üzərində yerləşən Ust-Kamçatsk qəsəbəsinə vulkan külü düşmə ehtimalı var.

Qurum qəsəbə sakinlərini evlərini tərk etməməyə və küçəyə çıxmamağa çağırıb.

Xatırladaq ki, avqustun 8-də Ust-Kamçatskda artıq cüzi şəkildə vulkan külü düşüb. Onun atmosferdəki tərkibi icazə verilən hədlər daxilində olub.


SON XƏBƏRLƏR