• Bakı 25° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Simonyanda ağır xəstəlik aşkarlanıb

DÜNYA

08 Sentyabr 2025 | 10:12

Simonyanda ağır xəstəlik aşkarlanıb

“Russia Today” telekanalının baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyan onda ağır xəstəlik aşkar edildiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Simonyan bu barədə “Rossia 1” telekanalının efirində yayımlanan “Vladimir Solovyovla axşam” proqramının efirində danışıb.

Onun sözlərinə görə, bu gün ürək nahiyəsindən əməliyyat olunacaq. 

Səhhəti ilə bağlı detalları açıqlamayan M.Simonyan həyat yoldaşı Tiqran Keosayanın artıq 9 aydır komada olduğunu xatırladıb. 

Qeyd edək ki, Keosayan və Simonyan 2022-ci ildən ailəlidir.


SON XƏBƏRLƏR

07 Sentyabr 2025