Fizika üzrə 2025-ci il Nobel mükafatı laureatlarından biri olan Con Klark Berklidəki Kaliforniya Universitetində ABŞ prezidenti Donald Trampın ABŞ-dakı elmi mənzərəni dəyişdirmək səylərini pisləyib və bunu son dərəcə ciddi problem adlandırıb .
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, yanvar ayında Ağ Evə qayıtdıqdan sonra ABŞ prezidenti elmlə bağlı siyasətə dəyişiklik edib. O, tədqiqatların maliyyələşdirilməsinin kəskin şəkildə kəsilməsi və federal qurumlarda alimlərin ixtisarını gerçəkləçşdirib:
"Bu, Birləşmiş Ştatlarda elmi tədqiqatların böyük bir hissəsini iflic edəcək. Çünki mən maliyyə vəsaitləri əhəmiyyətli dərəcədə kəsilən insanları tanıyıram. Bu belə davam edərsə, fəlakətli olacaq. Bu, böyük bir problemdir”.
2025-ci il Tibb üzrə Nobel Mükafatının həm laureatı, amerikalı Meri E. Brunkow da çərşənbə axşamı elmi tədqiqatlar üçün dövlət maliyyələşdirməsinin vacibliyini vurğulayıb. AFP-yə müsahibə verən bir neçə Nobel Mükafatı rəsmisi bildiriblər ki, Donald Tramp elmə bu şəkildə hücum etməklə ölkəsinin elmi tədqiqatlarda aparıcı dövlət kimi mövqeyini itirmək riski ilə üzləşir və bunun bütün dünyada əks-sədası var.
Aydın Baxış