• Bakı 23° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Kiyev vilayətində istilik elektrik stansiyası zədələndi

DÜNYA

08 Sentyabr 2025 | 09:34

Kiyev vilayətində istilik elektrik stansiyası zədələndi

Ukraynanın Energetika Nazirliyi Kiyev vilayətində istilik elektrik stansiyasının zədələndiyini təsdiqləyib.

Bakıvaxtı.az bu barədə TASS-a istinadla xəbər verir.

Belə ki, rəsmi məlumatda obyektin adı açıqlanmasa da, Ukrayna mediası Trypilska İstilik Elektrik Stansiyasında partlayışların baş verdiyini yazıb.

Məlumata görə, hadisə nəticəsində bölgədə və Kiyevin bəzi hissələrində elektrik təchizatında problemlər yaranıb.

Nazirlik hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildirib.

ƏIi Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026