• Bakı 18° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Zelenski təyyarə ilə ölkəni tərk edə bilmir - İDDİA

DÜNYA

07 Oktyabr 2025 | 23:48

Zelenski təyyarə ilə ölkəni tərk edə bilmir - İDDİA

Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik səbəblərinə görə xaricə səfərlərində hava nəqliyyatından deyil, dəmir yolundan istifadə etməyə üstünlük verir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə britaniyalı geosiyasi analitik Aleksandr Merkuris bildirib.

O qeyd edib ki, Zelenski ölkəni tərk etmək üçün fərqli nəqliyyat vasitələrinə üstünlük verir.

“Zelenski Kiyevi tez-tez tərk etməyi sevir. Xaricə getmək istəyəndə isə qatarla səyahət edir”, – Merkuris qeyd edib.

Ekspertin fikrincə, Ukrayna rəhbərliyinin bu qərarı Rusiyanın hava hücumlarına qarşı effektiv müdafiə imkanlarının zəif olması ilə bağlıdır. O hesab edir ki, Kiyev rejimi rəhbərliyinin uçuşlardan çəkinməsi məhz bu təhlükə ilə əlaqədardır./Globalinfo.az


SON XƏBƏRLƏR

07 Oktyabr 2025