Avropa Komissiyası yaxın vaxtlarda Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı rəsmi təklif təqdim edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" iki avropalı diplomata istinadən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqının ali icra orqanı yeni məhdudiyyətlərlə bağlı birliyin səfirləri ilə məsləhətləşmələrə başlayıb.
Politico mənbələri bildiriblər ki, həftənin sonuna qədər rəsmi təklif irəli sürülə bilər.
Brüssel hesab edir ki, Moskva Ukrayna ilə danışıqlar prosesini yubatmağa çalışır və buna görə də Aİ Rusiyaya təzyiqləri daha da artırmağı zəruri hesab edir.
Mina Mikayılova