• Bakı 29° C

    10.96 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - yaralılar var - YENİLƏNİB

HADİSƏ

09 Avqust 2025 | 13:10

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - yaralılar var - YENİLƏNİB

TƏBİB Cəlilabadda baş verən çaqqal hücumu ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, qurumdan verilən məlumata görə, 7 və 8 avqust tarixlərində çaqqal dişləməsi səbəbi ilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1974 və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.

Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün onlar evə buraxılıb.

***

12:44

Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.

Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.


SON XƏBƏRLƏR