• Bakı 27° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Ağsuda ağır qəza - 1 ölü

HADİSƏ

08 Sentyabr 2025 | 09:38

Ağsuda ağır qəza - 1 ölü

Ağsuda ağır avtomobil qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün səhər saat 07 radələrində Şamaxı -Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsindən “VAZ-2106” və “Shacman” markalı yük avtomobili toqquşub.

    Nəticədə “VAZ-2106”-da olan 1965-ci il təvəllüdlü Sadıqov İsa Mirələm oğlu hadisə yerində ölüb, oğlu 1992-ci il təvəllüdlü Sadıqov Bəhlul isə yaralanıb.

    DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Avqust 2026