Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 07.10.2025-ci il tarixində saat 15:10 radələrində 8 nəfər (4 qadın, 4 kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən pasiyentlərdən 2-nin vəziyyəti ağır, 6-sının vəziyyəti isə stabil qiymətləndirilir.
Mina Mikayılova