Salyan rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Kürsəngi kəndi ərazisində "VAZ-2107" markalı iki avtomobilin iştirakı ilə baş verən avtoqəzada altı nəfər xəsarət alıb.
Xəsarət alanların 5-i eyni avtomobilin sərnişinləri olan bir ailənin üzvləri, Salyan rayon sakinləri - 1987-ci il təvəllüdlü Cəfərov Ceyhun Oruc oğlu, 1996-cı il təvəllüdlü Cəfərova Aytəkin Hafiz qızı, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı və 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğludur.
Digər avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov Səbuhi Şakir da qəza nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
15:50
Salyanda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində, üçü azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.