• Bakı 15° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Kafedə xuliqanlıq: Bakalı tanışının başına çırpdı

HADİSƏ

05 Noyabr 2025 | 13:50

Kafedə xuliqanlıq: Bakalı tanışının başına çırpdı

Balakən rayonunda yerləşən kafelərin birində xuliqanlıq hadisəsi qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR