• Bakı 12° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Keçmiş məhkum 22 kq narkotiklə saxlanıldı - VİDEO

HADİSƏ

05 Dekabr 2025 | 12:44

Keçmiş məhkum 22 kq narkotiklə saxlanıldı - VİDEO

Əvvəllər quldurluq etdiyi üçün məhkum olunmuş şəxs bu dəfə 22 kq narkotiklə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Abşeron rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Əməliyyat zamanı əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş 37 yaşlı Etibar Həsənov saxlanılıb. Ondan 22 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satışını və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. E.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.


 


SON XƏBƏRLƏR

04 Dekabr 2025