• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Yevlaxda YANĞIN: Ölən və xəsarət alanlar var 

HADİSƏ

05 Dekabr 2025 | 11:08 | Müəllif: Qalib İbrahimoğlu

Yevlaxda YANĞIN: Ölən və xəsarət alanlar var

Yevlaxda yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az  apa-ya istinadən xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər yanıq xəsarətləri alıb.

Xəsarət alanlar Yevlax rayon mərkəzi xəstəxanasına (RMX) çatdırılıb.

Yevlax RMX-nın İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, dekabrın 5-də saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026