Dünən saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisində, olan ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzi məlumat verib.
Bildirilib ki, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib. İlkin məlumata görə, aşkarlanmış ölü döl 34–36 həftəlik hamiləlik dövrünə uyğundur.
Qeyd edilib ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
***
10:27
Beyləqanda azyaşlı ölüb.
Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, Beyləqan rayon Əlinəzərli kənd sakini 2024-cü il təvəllüdlü Allahverdiyev Uğur Nicat oğlunun səhəti pisləşib.
Belə ki, ailəsi U.Allahverdiyevi xəstəxanaya apararkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.
Bakı 




