• Bakı 25° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Dənizdə boğulan 72 yaşlı kişinin qonşusu: "Suda salto vurub itdi"

HADİSƏ

08 Sentyabr 2025 | 09:15

Dənizdə boğulan 72 yaşlı kişinin qonşusu: Suda salto vurub itdi

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda, Corat qəsəbəsi sahillərində 72 yaşlı Museyib Zakarayev dənizdə boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, mərhumun Baku TV-yə danışan qohumu bildirib ki, o, dənizdə salto vurandan sonra boğuldu.

M.Zakarayevin qonşusu isə qeyd edib ki, ona havanın küləkli olduğunu, çimməməyini deyib: “Maşında oturmuşduq, dedi gedirəm çimməyə. Dedim, ağsaqqal hava küləklidir, suya girmə. Eşitmədi, dedi ki, bala, qismətdir, nə olacaqsa, olacaq”. 


SON XƏBƏRLƏR

07 Sentyabr 2025