• Bakı 27° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Şuşa və Xankəndidəki otellər 6 ayda nə qədər qazanıb?

İQTİSADİYYAT

09 Avqust 2025 | 17:06

Şuşa və Xankəndidəki otellər 6 ayda nə qədər qazanıb?

Bu ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən otellər və otel tipli obyektlərdə ümumilikdə 1 milyon 162 min 73 nəfər gecələyib.

Bakıvaxtı.az valyuta.az-a istinadən xəbər verir ki, qonaqların 442 min 960 nəfəri Azərbaycan, 719 min 113 nəfəri isə xarici ölkə vətəndaşı olub.

Hesabat dövründə ölkə üzrə otellərin ümumi gəliri 289 milyon 988,6 min manat təşkil edib. Orta hesabla, oteldə qalan hər bir nəfərə görə gəlir 249,5 manat olub.

Qonaqların yarıdan çoxu paytaxt Bakı otellərində məskunlaşıb. Altı ayda Bakıda 729 min 557 nəfər qalıb və paytaxt otellərinin ümumi gəliri 179 milyon 638,3 min manat (bir nəfərə görə 246,2 manat) səviyyəsində qeydə alınıb.

Xankəndidə isə bu müddətdə cəmi 63 nəfər (1 nəfəri əcnəbi) otellərdə gecələyib. Şəhərdəki otellərin ümumi gəliri 6,5 min manat olub, bu da hər bir nəfərə görə 103,2 manat gəlir deməkdir.

Şuşa otellərində isə göstəricilər daha yüksək olub. Şəhərdə 6 ay ərzində 20 min 932 nəfər (19 min 515-i Azərbaycan, 1 417-si əcnəbi) qalıb. Ümumi gəlir 4 milyon 199,5 min manat təşkil edib, orta hesabla hər qonaqdan 200,6 manat gəlir əldə olunub.


SON XƏBƏRLƏR