• Bakı 24° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Çin və ABŞ-nin ticarət dövriyyəsi 14,4% azalıb

İQTİSADİYYAT

08 Sentyabr 2025 | 16:52

Çin və ABŞ-nin ticarət dövriyyəsi 14,4% azalıb

Bu ilin yanvar-avqust aylarında Çin-Amerika ticarətinin həcmi illik müqayisədə 14,4% azalaraq 380,06 milyard dollara çatıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Çindən ABŞ-yə mal ixracı 15,5% azalaraq 282,95 milyard dollar təşkil edib. Amerika məhsullarının Çinə idxalı 11% azalaraq 97,11 milyard dollar təşkil edib. Nəticədə Çinin ABŞ ilə ticarətdə müsbət saldosu 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 17,2% azalaraq 185,84 milyard dollar təşkil edib.

Avqustda Çin və ABŞ arasında ticarət dövriyyəsi iyul ayı ilə müqayisədə 10,5% azalaraq 42,88 milyard dollar təşkil edib. O cümlədən, Çindən ABŞ-yə ixrac 31,6 milyard dollara çatıb (azalma 11,7%). Çin tərəfinin Amerika məhsullarının idxalı 6,6% azalaraq 11,28 milyard dollar təşkil edib.

Çin ABŞ-dən soya, pambıq və qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, kokslaşan kömür, mis və mis filizi idxal edir. Amerika tərəfi Çindən smartfonlar, gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş aşağı qiymətli mallar, kompüterlər, litium-ion batareyalar, uşaq oyuncaqları, plastik məmulatlar, müşahidə kameraları, məişət texnikası, geyim, ayaqqabı və s. alır.

Gülşən Şərif


SON XƏBƏRLƏR