• Bakı 21° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

EIA 2025-2026-cı illər üçün qlobal neft tələbatı üzrə proqnozunu artırıb

İQTİSADİYYAT

08 Oktyabr 2025 | 09:23

EIA 2025-2026-cı illər üçün qlobal neft tələbatı üzrə proqnozunu artırıb

ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu yeniləyib.

Bakıvaxtı.az-ın EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 103,99 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,18 mln. barel çoxdur.

EIA-nın proqnozuna əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 105,11 barel səviyyəsində olacağı ehtimal olunur (öncəki proqnoz göstərici – 105,09 mln. barel)

Qeyd olunur ki, 2024-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,91 mln. barel təşkil edib, bu da 2023-cü ilin göstəricisi (102,14 mln. barel) ilə müqayisədə 0,77 mln. barel artım deməkdir.

Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. barel, 2020-ci ildə - 91,81 mln. barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.


SON XƏBƏRLƏR

07 Oktyabr 2025