• Bakı 18° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.0922

Şahin Mustafayev Azərbaycan-Çin investisiya üzrə işçi qrupunun ilk iclasında iştirak edəcək

İQTİSADİYYAT

08 Sentyabr 2025 | 15:59

Şahin Mustafayev Azərbaycan-Çin investisiya üzrə işçi qrupunun ilk iclasında iştirak edəcək

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev 25-ci Çin Beynəlxalq Ticarət və İnvestisiya Sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün brifinqdə bildirib.

"Məhz bu gün Baş nazirin müavini Şahin Mustafayev yüksək səviyyəli nümayəndə heyətinin rəhbəri kimi 25-ci Çin Beynəlxalq Ticarət və İnvestisiya Sərgisində iştirak etmək üçün Çin Xalq Respublikasında səfərdədir. Eyni zamanda, o, Çin-Azərbaycan ikitərəfli investisiya forumuna və iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığına yeni təkan vermək üçün Çin-Azərbaycan investisiya əməkdaşlığı üzrə işçi qrupun ilk iclasına sədrlik edəcək", - o bildirib.


SON XƏBƏRLƏR

23 Oktyabr 2025