• Bakı 23° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Azərbaycan və Qətər arasında investisiya əməkdaşlığı genişlənir

İQTİSADİYYAT

06 Sentyabr 2025 | 16:17

Azərbaycan və Qətər arasında investisiya əməkdaşlığı genişlənir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərə səfər çərçivəsində Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Əl-Suveydi ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında məlumat verib.

Görüş zamanı tərəflər qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr və hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Eyni zamanda, Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.


SON XƏBƏRLƏR