İran neftinin Çinə tədarükü barter sistemi vasitəsilə həyata keçirilir və bu sistem əsasında Çin İranda infrastruktur obyektləri inşa edir.
Bakıvaxtı.az "The Wall Street Journal" istinadən xəbər verir ki, İranın neft tədarükü prosesində Çinin "Sinosure" sığorta şirkəti və Chuxin maliyyə qurumu iştirak edir.
Bu əməliyyatlar beynəlxalq bank sistemindən yan keçir və vəsaitlərin bir hissəsi infrastruktur tikintisinin maliyyələşdirilməsinə yönəldilir. Keçən il İran nefti üçün təqribən 8,4 milyard dollar ödəniş Çinin İranda inşa etdiyi iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf edilib.
Nəşr qeyd edir ki, Çin əsrin əvvəlindən İranda infrastruktur tikintisinə təxminən 25 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Üstəlik, Çinin İslam Respublikasında infrastruktur işlərinin həcmi 2021-ci ildən artıb.
İran infrastrukturun qurulmasına kömək etməklə yanaşı, neft gəlirlərindən birbaşa Çin mallarını almaq üçün istifadə edir.
Gülşən Şərif