• Bakı 17° C

    6.01 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Son sutkada 5% ucuzlaşdı

İQTİSADİYYAT

04 Noyabr 2025 | 22:48

Son sutkada 5% ucuzlaşdı

Dünyanın ən məşhur kriptovalyutası olan “Bitcoin” son 24 saat ərzində təxminən 5% ucuzlaşıb və hazırda təxminən 66 min dollar səviyyəsində ticarət olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu eniş son 7 ildə ardıcıl artım nümayiş etdirən valyutanın dəyərində müşahidə olunan ilk ciddi geriləmə hesab olunur.

Məlumata görə, qiymət azalmasının əsas səbəblərindən biri investorların qazancı reallaşdırmaq üçün satışlara başlaması, həmçinin bir sıra ölkələrdə kriptobazarın tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliklərdir.

Bundan başqa, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələri ilə bağlı qərarlarına dair gözləntilər də kriptoaktivlərin dəyərinə birbaşa təsir göstərir.


SON XƏBƏRLƏR

07 Noyabr 2025