Azərbaycan bank sektorunda rəqabət getdikcə müştəri məmnuniyyəti və insanlara daha əlçatan olmaq üzərində cəmlənir.
Banklar rəqəmsallaşmaqla yanaşı, xidmət şəbəkəsini də genişləndirərək maliyyə xidmətlərini ölkənin hər yerinə, hətta ən ucqar bölgələrinə, əsasən də yenidənqurma prosesində olan Qarabağa qədər çatdırmağa çalışırlar. Bu istiqamətdə xüsusilə bankomat (ATM) və filial sayı bankların real bazar payının və müştərilərlə birbaşa əlaqəsinin mühüm göstəricilərindən biridir.
Bəs ölkədə ən çox filial və bankomat hansı banka məxsusdur?
Bakıvaxtı.az xatırladır ki, hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir. Xidmət şəbəkəsinin genişliyi istiqamətində isə liderlik Kapital Bankdadır. Bankın ölkə üzrə 119 filialı, 53 şöbəsi və 1190 bankomatı var. Bu göstərici ilə Kapital Bank maliyyə sektorunda birinci yeri tutur. Eyni zamanda ölkənin hər yerində müştəriyə ən yaxın bank imicini möhkəmləndirir.
Siyahıda maliyyə sektorunun əsas simalarından biri olan ABB 77 filial, 10 şöbə və 1050 bankomatla 2-ci, Bank Respublika isə 38 filial, 83 ATM ilə 3-cü yerdə qərarlaşır.
 Bakı 


