• Bakı 15° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Buğda yüklü qatar Azərbaycandan Ermənistana gedib - VİDEO

İQTİSADİYYAT

04 Noyabr 2025 | 18:15

Buğda yüklü qatar Azərbaycandan Ermənistana gedib - VİDEO

Prezident İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırılması barədə Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib.

Bakıvaxtı.az Apa-ya istinadən xəbər verir ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

 


SON XƏBƏRLƏR