Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 min manat proqnozlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu da ÜDM-in 28,8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.
Layihəyə əsasən, 2026-cı il dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296,0 milyon manat və ya 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və ya 10,6 faiz çoxdur.
Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz təşkil edəcək.
 Bakı 


