• Bakı 19° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Azərbaycanda tikinti-quraşdırma sahəsinə 6,1 milyard manat sərf olunub

İQTİSADİYYAT

04 Oktyabr 2025 | 17:41

Azərbaycanda tikinti-quraşdırma sahəsinə 6,1 milyard manat sərf olunub

Cari ilin ilk 6 ayında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 8,1 milyard manat vəsait sərf olunub ki, bunun da 6,1 milyard manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda məlumat verilib.

Məlumatda bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz çoxdur.

Qeyd edək ki, tikinti-quraşdırma işlərinə sərf olunan əsas kapital vəsaitinin 31,5 faizi və yaxud 2 milyard manatı işğaldan azad olunmuş ərazilərin payına düşüb.


SON XƏBƏRLƏR