• Bakı 12° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI

İQTİSADİYYAT

03 Noyabr 2025 | 13:17

Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.

Bakıvaxtı.az modern.az-a istinadla bildirir ki, bunun üçün “əsgər kartları” hazırlanıb.

Qeyd olunur ki, artıq “əsgər kartları"nın hərbi qulluqçulara paylanmasına başlanılıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli modern.az-a açıqlamasında bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir:

“Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq”.


SON XƏBƏRLƏR