• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub

İQTİSADİYYAT

03 Noyabr 2025 | 11:26

Ötən il cərimələrdən dövlət büdcəsinə 380 milyon manat daxil olub

2024-cü ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 380.1 milyon manat vəsait daxil olub.

Bakıvaxtı.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu məbləğin 277.7 milyon manatı və ya 73.1%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri kimi formalaşdırılaraq, həmin qurumların büdcədənkənar xərclərinin maliyyələşdirilməsinə yönəldilib.

Rəsmi hesabatlara əsasən, büdcədənkənar gəlirlərə aid edilən maliyyə sanksiyaları və cərimələrin 81.7%-i yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin, 17.7%-i vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarının, 0.6%-i isə əmək, miqrasiya və gömrük sahələrində pozuntulara görə kəsilən cərimələrin payına düşür.

Bu vəsaitlərin əsas hissəsi müvafiq orqanların əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR