• Bakı 12° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

BƏƏ Enerji Nazirliyi: Dünyanın daha çox enerjiyə ehtiyacı var

İQTİSADİYYAT

03 Noyabr 2025 | 13:23

BƏƏ Enerji Nazirliyi: Dünyanın daha çox enerjiyə ehtiyacı var

Gələcək investisiyalar üçün müştərilərin tələbləri ilə qlobal tələb arasında tarazlığa nail olmaq lazımdır.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei deyib.

O, bildirib ki, dünyanın enerji ehtiyacını ödəmək üçün əlverişli investisiya şəraiti yaradılmalıdır.

"Dünyanın daha çox resursa ehtiyacı olacaq. Şübhəsiz ki, bu ehtiyatlar daha çox neft, qaz və bərpa olunan enerji olacaq. Biz əmin olmalıyıq ki, investisiyalar üçün iqtisadi mühit bunu etməyə imkan verir".

Energetika Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, süni intellekt və məlumat mərkəzlərinin inkişafı ilə dünyanın mütləq daha çox enerjiyə ehtiyacı olacaq.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR