• Bakı 23° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

SOCAR Qətər şirkəti ilə memorandum imzaladı

İQTİSADİYYAT

06 Sentyabr 2025 | 18:45

SOCAR Qətər şirkəti ilə memorandum imzaladı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qətərin "UCC" holdinqi arasında Anlaşma Memorandumu imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, SOCAR və Qətərin "UCC" holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır: "Enerji sahəsində strateji tərəfdaşlıqlar qlobal miqyasda iqtisadi əməkdaşlığımızı gücləndirir".

M.Cabbarov vurğulayıb ki, şirkətlərin imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpasına, regionun davamlı inkişafına mühüm töhfə verəcək.


SON XƏBƏRLƏR