• Bakı 30° C

    10.58 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Region üçün tarixi əhəmiyyət daşıyan görüş: Azərbaycan-ABŞ strateji tərəfdaşlığı güclənir

SİYASƏT

09 Avqust 2025 | 10:41

Region üçün tarixi əhəmiyyət daşıyan görüş: Azərbaycan-ABŞ strateji tərəfdaşlığı güclənir

"ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıdı".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, səfər zamanı Azərbaycan və Ermənustan sülh gündəliyi ilə yanaşı, ölkəmiz ilə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri xüsusi müzakirə mövzusu olub.

Deputat qeyd edib ki, Trampın yenidən hakimiyyətə gəlməsi ABŞ və Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açıb:

"Hələ 2024-cü ilin 5 noyabrında ABŞ-də keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan Tramp haqqında müsbət fikirlər söyləyərək dövlət başçısı kimi onun namizədliyini dəstəkləmişdir. Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafında yeni dövr yarandı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi məhz bundan xəbər verirdi".

Müsahibimiz bildirib ki, siyasi və strateji əməkdaşlıqıa yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək:

"Prezidentin səfəri zamanı yaradılması razılaşdırılan Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq".

Deputatın sözlərinə görə, enerji sahəsində əməkdaşlıq ABŞ mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini daha da gücləndirməsinə imkan yaradacaq. 14 ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-ın Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir.

Vüqar Bayramov: Tramp Zəngəzur dəhlizinin qarantı rolunu oynayacaq

V.Bayramov bildirib ki, ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq:

"Bu Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdən, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir". 

Deputat xatırladıb ki, zəfərdən sonra prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir:

"Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan edib. Azərbaycan Prezidentinin uzaqgörən siyasət sayəsində imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Bu Zəngəzur dəhlizi reallaşması deməkdir. Vaşinqtonda həmçinin Zəngəzur dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanıb. Bu isə o deməkdir ki, Tramp Zəngəzur dəhlizinin qarantı rolunu oynayacaq".

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR