• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Rusiyanın açıqlaması cəmiyyət arasında çaşqınlıq yaratmağa hesablanıb

SİYASƏT

05 Sentyabr 2025 | 17:37

Rusiyanın açıqlaması cəmiyyət arasında çaşqınlıq yaratmağa hesablanıb

“Rusiya qurumlarının açıqlaması cəmiyyət arasında çaşqınlıq yaratmağa hesablanıb”.

Bunu Bakıvaxtı.az-a politoloq Samir Hümbətov "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlamaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, yəni Rusiya demək istəyir ki, əgər təyyarəni səhvən vurublarsa, onların ailə üzvlərinə sığortanı ödəyiblər:

"Halbuki, Rusiyanın ödədiyini iddia etdiyi sığorta vəsaiti çox cüzidir. Söhbət hansısa təyyarənin vurulmasına görə tam kompensasiyanın ödənilməsindən getmir”.

Digər tərəfdən, politoloq bildirib ki, ödənilən vəsaitin hansı formada və hansı təyinatla ödənməsini də açıqlamırlar:

“Təyyarədə həyatını itirmiş şəxslərin ailə üzvləri də onlara sığorta ödənmədiyini söyləyirlər. Azərbaycan XİN detallı açıqlama verməklə Rusiya XİN rəsmisinin yalanlarını ifşa etmiş oldu. Məqsəd qeyd olunduğu kimi cəmiyyəti aldatmaqdır. Normalda Rusiya tərəfi konpensasiya ödənişlərini çox şəffaf şəkildə həyata keçirməli idi. Bunun üçün isə ilk növbədə təyyarənin vurulmasına görə üzrxahlıq etməli idi. Üstəlik, faciəli şəkildə həyatını itirmiş sərnişinlərin ailə üzvlərinə, yaralanan, xəsarət alan şəxslərə sığorta ödənişləri ilə yanaşı, təyyarənin də qiyməti tam şəkildə Azərbaycana ödənilməliydi. Rusiya bunları etməyin əvəzinə müxtəlif nağıllar danışır. Bu da Bakının haqlı narazılığına səbəb olur".

Aydın Baxış


SON XƏBƏRLƏR