• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Horadiz-Ağbənd dəmir yolu xəttinin illik buraxılış qabiliyyəti açıqlandı

CƏMİYYƏT

05 Sentyabr 2025 | 18:37

Horadiz-Ağbənd dəmir yolu xəttinin illik buraxılış qabiliyyəti açıqlandı

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər 2026-cı ilin yazında tamamlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov deyib.

O bildirib ki, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometrdir və bu yol birinci texniki dərəcəyə uyğun layihələndirilib: "Hərəkət hissəsinin eni 14-21 metr arasında dəyişir. Yolun 78 kilometrlik hissəsi 6 cərgəli, qalan 45,6 kilometrlik hissəsi 4 cərgəli olaraq inşa edilib. Yolun üzərində 28 ədəd körpü tikilib. Bunların 16-ı su keçidlərinin üzərində inşa olunub, qalanı isə yol ötürücüdür".

"Yolun üzərində 8 ədəd qovşaq və ümumi uzunluğu 12 kilometrdən bir qədər artıq olan 3 ədəd tunel inşa edilib. Hazırda avtomobil yolunda işlərin fiziki tərəqqisi 95% təşkil edir", - deyə İ.Süleymanov qeyd edib.


SON XƏBƏRLƏR