• Bakı 23° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Kofeinin donor qanına ZƏRƏRİ

CƏMİYYƏT

05 Sentyabr 2025 | 14:54

Kofeinin donor qanına ZƏRƏRİ

Kofein donor qanının keyfiyyətini pisləşdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Kolorado Universitetinin Tibb Kampusunun alimləri Haematologica jurnalında araşdırma dərc etdiriblər.

Məlumata görə, 13 000-dən çox donor qan nümunəsinin təhlili göstərdib ki, yüksək səviyyəli kofein saxlama zamanı qırmızı qan hüceyrələrinin daha tez zədələnməsinə səbəb olur və köçürmədən sonra xəstələrdə hemoglobin səviyyəsinin artırılmasında daha az effektivdir.

Qeyd olunub ki, bu təsir xüsusilə qırmızı qan hüceyrələrinin aşağı oksigen şəraitində necə fəaliyyət göstərməsinə təsir edən ADORA2b geninin ümumi variantları olan insanlarda özünü göstərib.

Tədqiqatçılar, qanın keyfiyyətini yaxşılaşdırmaq qan verməzdən əvvəl kofeindən imtina etməyi təklif ediblər. Bir sıra Avropa ölkələrində artıq ianə verməzdən əvvəl kofeinin məhdudlaşdırılması ilə bağlı tövsiyələr var.

Mina Mikayılova


SON XƏBƏRLƏR