• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mask ictimaiyyətə robotları satacağı vaxtı açıqladı

DÜNYA

22 Yanvar 2026 | 22:31 | Müəllif: Subhan Mahmudov

Mask ictimaiyyətə robotları satacağı vaxtı açıqladı

“Robotlar cəmiyyəti dəyişə və insan əməyinə olan ehtiyacı azaltmaqla bəşəriyyətə kömək edə bilər”. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Tesla”, “SpaceX” və “Starlink” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask Davosda çıxışı zamanı deyib. O, daha çox robotun istehsal ediləcəyini proqnozlaşdırıb.

“Robotların çoxluğu mal və xidmət bolluğu yaradacaq. Yer üzündə hər kəs yaşlı valideynlərə və ya uşaqlara qulluq etmək üçün robot istəyəcək”,- deyə Mask əlavə edib. O bildirib ki, “Tesla” gələn ilin sonuna qədər ictimaiyyətə robotlar satmağa başlayacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026