• Bakı C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Nigeriyada 50 nəfər qətlə yetirildi

DÜNYA

21 Fevral 2026 | 21:04

Nigeriyada 50 nəfər qətlə yetirildi

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı dəstələrin kəndə hücumu qanlı faciə ilə nəticələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. 

Qeyd edilib ki, hadisə ştatın Bukkuyum bölgəsindəki Tungan Dutse kəndində baş verib.

Yerli hakimiyyət orqanları və sakinlərin verdiyi məlumata görə, motosikletlərlə kəndə daxil olan silahlı şəxslər əhaliyə divan tutublar. Hücum nəticəsində azı 50 nəfər qətlə yetirilib. Silahlılar binaları və evləri yandırıb, həmçinin aralarında qadın və uşaqların da olduğu çox sayda sakini qaçıraraq naməlum istiqamətə aparıblar.

Xatırladaq ki, Nigeriyanın şimal-qərb bölgəsi tez-tez “quldurlar” kimi tanınan silahlı qrupların hücumuna məruz qalır. Bu dəstələr adətən fidyə tələb etmək, mal-qara qarət etmək və ya kəndləri nəzarətə götürmək məqsədilə kütləvi qətliamlar törədirlər.
 


SON XƏBƏRLƏR

20 Fevral 2026